Bu gün cürbəcür şirniyyat məhsulları sağlam olmaq vərdişindan daha çox dəbdədir.
Paradoksdur, amma son 15 il ərzində piylənmədən əziyyət çəkən insanların sayı aclıq çəkənlərlə müqayisədə 30 % artıb.
Medicina.az publika.az-a istinadən bildirir ki, bu statistika ayrıca bir ölkənin yox, bütün dünya üçündür. Qeydə alınmış endokrin xəstəliklərin sayı iki dəfə artıb.
Bu, diqqət cəlb etmək üçün şişirdilmiş rəqəmlər deyil. Faktlar Kaliforniya universitetinin professoru Robert Lastiqin San-Fransiskoda real tədqiqatları əsasında əldə edilib. "Yağlı şans" və "Şəkər: Acı həqiqət" kitablarının müəllifi olan Robert Lastiq ABŞ-da ən məşhur həkimlərdən biridir.
Lastiqin komandası ötən il qida sənayesi bazarının tədqiqi üçün çox güclü statistika açıqlayıb. Məlum olub ki, şəkərli diabet və piylənmə epidemiyasının əsasında bir çox zərərli qida vərdişləri dayanır. Və bütün bunların başında yeyinti sənayesi dayanır. Professor öz sübutlarının elmi izahlarını da açıqlayıb. Bu gün dünya əhalisinin 5% -i şəkərli diabet xəstəsidir və bu faiz ildən-ilə artır.
Bəs piylənmə ilə diabetin bir-biri ilə nə əlaqəsi var?
İnsulinin sayəsində orqanizmdə artıq yağ toplanır, eyni zamanda bu hormon ona parçalanmağa imkan vermir. Xəstənin orqanizmində nə qədər çox yağ toxumaları toplanarsa, insulin müqaviməti bir o qədər daha çox müşahidə olunur. Nəticə etibarı ilə qanda bu hormonun çox olması piylənməyə gətirib çıxarır. Qapalı dairə alınır, adi qida belə qanda şəkərin miqradını artırır və şəkərli diabet yaranır.
Piylənməyə qarşı daha çox hərəkət etmək tövsiyə edilir. Belə çıxır ki, fiziki fəallıq maksimum olmalı və minimum yemək lazımdır. Əgər bunu etmirsinizsə, onda heç kim günahkar deyil, bütün məsuliyyət sizindir.
Lakin kalorini azaltmaqla biz onların mənşəyi və faydalarını nəzərə almırıq. Bir çox hallarda orta məktəb şagirdinin orta statistik porsiyası faydalı məhsullardan ibarət deyil. Müxtəlif ərzaq məhsulları müxtəlif yollarla mənimsənilir. Professor bildirib ki, insan üçün yağlı yeməklər deyil, şiriniyyat məhsulları daha təhlükəlidir. Endokrinoloq qeyd edib ki, uşaqlara kiçik yaşlarından şirniyyat məhsulları almaq onları "könüllü şəkildə zəhərləmək" deməkdir.
Çox az adam bilir ki, faydalı yağ düzgün maddələr mübadiləsi üçün lazımdır. Əgər düzgün qidalanmasanız, idmanla müntəzəm şəkildə məşğul olmaq heç bir nəticə verməyəcək.
Energetik baton şokoladları və yağsızlaşdırılmış yoqurtlar da özünü aldatmaq deməkdir. Həddindən artıq doldurulmuş yağ, duz və şəkərdən hazırlanan fastfudlar isə orqanizm üçün daha zərərlidir. İnsan beynində duz və yağa vərdiş edən mexanizmlər yoxdur. Əvəzində şiriniyyata öyrəşmək olar, belə bir mexanizm var.
Həkimin sözlərinə görə, şəkər beyinə narkotik maddələr kimi güclü təsir göstərir və eyni prinsip üzrə işləyir. Üstəlik şəkər beyinə elə təsir göstərir ki, heç vaxt istifadə etmədiyin, amma eyni biokimyəvi proseslər yaradan zərərli vərdişlər inkişaf etməyə başlayır. Buradan belə çıxır ki, uşaqlıqdan şirniyyata vərdiş alkoqolizmə və narkomaniyaya meyilliyə gətirib çıxarır.
Bu gün şəkər çörək və yoqurtlardan başlayaraq hər yerdə istifadə olunur. Qənnadı məhsullarını anlamaq olar, lakin şəkəri uşaq məhsullarına əlavə etmək cinayətdir.
Robert Lastinq onu da etiraf edib ki, cəmi yeddi il ərzində - 2000-cü ildən 2007-ci ilə kimi diabet səviyyəsi dünyada 5,5-dən 7%-ə qalxıb. Bütün müxtəlif amilləri çıxsaq, burada bilavasitə şəkər və karbohidratlarla zəngin olan yeməklər rol oynayır.
Gün ərzində 150 qram artıq kalori qəbulu şəkərli diabetin yaranma ehtimalını cəmi 0,1 faiz artır. Lakin siz bu 150 kalorini şiriniyyatlar vasitəsiylə qəbul edirsinizsə, xəstələnmək ehtimalı 11 dəfə böyüyür.