Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Valideynlər "abur-çuburla" uşaqlarını zəhərləyir - Pediatr

  • 2022.04.08 14:00
  • 4852 Baxış
Valideynlər "abur-çuburla" uşaqlarını zəhərləyir  - Pediatr

"Kinder Surprise" ən çox qida zəhərlənməsinə səbəb olan, kəskin allergik reaksiyalarla nəticələnən şokoladlardandır. Hətta açıq piştaxtalardan, günəş düşən yerlərdən uşaqlarına belə şokolad, keks, "abur-cubur" alıb yedizdirən valideynlər var. “Çox sevdiyindən”, “uşaq istədi, ürəyim dözmədi” deyərək əlinə nə keçdi uşağa alıb verən valideynlər düşünməlidirlər ki, onlar öz əlləri ilə övladını zəhərləyir, böyüyən uşaq orqanizmi üçün sağlam qidalanma, təmiz hava və su olduqca vacibdir.

Medicina.az xəbər verir ki, bu barədə tanınmış həkim pediatr Günay Rəsulova sosial şəbəkədə məlumat verərək valideynləri diqqətli omağa çağırıb.

Həkim bildirib ki, övladlarını sevən, qoruyan valideynlər ilk növbədə onların sağlamlığını düşünməlidir. Sorğu-sualsız peyvəndlərini vurdurmalı, sağlam qidalandırmalı, zərərli həyat tərzi, qeyri-düzgün yuxu rejimi, zəhərli, toksik qidalardan övladlarını uzaq tutmalıdırlar. Bu qidalar nəinki zəhərlənmə, allergiya verə, həmçinin, yüksək şəkər təkibli olduqları üçün, diabet, ürək-qan-damar xəstəlikləri riski, hətta xərçəng riskinə səbəb ola bilər.

G.Rəsulova qeyd edib ki, övladlarımızı günümüzün potensial təhlükələrindən ciddi şəkildə qorumalıyıq.

"Ekran (telefon, planşet, TV), zəhərli qidalanma (abur-cuburlar, şəkərli, nitritli qidalar (kolbasa,sosiska), fastfudlar, süni şirələr və s. ilə bağlı qaydalar sərt və qətiyyətli olmalıdır. Övladınız bu qətiyyəti hiss etdikdə həmin təhlükələrdən uzaq duracaq. Qadağa qoyduğunuz hər bir şey evdə stolunuzun üstündədirsə, danışmağınızın mənası yoxdur. Belə ki, “Ən gözəl tərbiyə sözlə deyil, etdiklərinizlədir”", - deyə həkim əlavə edib.