Şizofreniya xəstəsi olan valideynlərin uşaqları psixi pozğunluqlara daha çox meyllidir.
Şizofreniya və ya bipolyar pozğunluğu olan valideynlərdən doğulan uşaqlar psixi pozğunluqların inkişafı riski altındadırlar.
“Medicina” xəbər verir ki, Britaniyalı alimlər 7 yaşa qədər 522 uşağın iştirak etdiyi araşdırma aparıblar. 200 test subyekti tam sağlam valideynlərdən doğulub, 202 uşağın ailəsində şizofreniya, 120 uşaqda valideynlərdən biri bipolyar pozğunluqdan əziyyət çəkib.
Təcrübələr nəticəsində məlum olub ki, zehni problemi olan valideynlərin uşaqları digərlərinə nisbətən daha tez-tez diqqət çatışmazlığı hiperaktivlik pozğunluğundan (DEHB), artan narahatlıqdan, diqqəti cəmləyə bilməməkdən və uyğunlaşma pozğunluğundan əziyyət çəkirlər.
Ona görə də belə ata və ya anası olan uşaqların erkən yaşdan psixiatr və psixoloq müayinəsi və müalicəsindən keçməsi lazımdır.
Aynurə Məmmədova