Son illər uşaqların lazer üsulu ilə sünnət edilməsi faktı çoxalıb. Əslində isə tibdə lazerlə sünnət aparılması düzgün sayılmır.
Medicina.az-ın məlumatına görə, bu barədə Xəzər TV-yə uşaq uroloq-cərrahı Fuad Hüseynov deyib.
Həkimin sözlərinə əsasən, dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya.
Həkim deyir ki, əslində bir çox klinikada həkimlər uşağın cinsiyyət orqanına keyidici vurmaqla onu sünnət edirlər. Bu isə kökündən yanlışdır.
Başqa bir məsələ uşağın sünnəti zamanı düzgün seçilməyən həkimdir. Fuad Hüseynovun sözlərinə görə, sünnət uşaq uroloqu və uşaq cərrahı tərəfindən həyata keçirilməlidir. Təəssüflər olsun ki, sünnət edən həkimlər arasında stomatoloq, dermatoloq, hətta terapevtlər də var.
Həkim belə xəstələrdə gələcəkdə sonsuzluq riskinin çox olduğunu deyir.