Koronavirusa qarşı peyvəndin yaradıcısı professor Uğur Şahin 3-cü doza vaksinlə bağlı açıqlamalar verib.
Medicina.az xəbər verir ki, Şahin yetişkinlərə 3-cü doza vaksinin vurulmasını məsləhət görüb:
“Payız aylarında yoluxma sayında artım müşahidə olunacaq. İmmun sistemi zəifləyən şəxslər 3-cü doza vaksin vurdura bilərlər. Bu orqanizmi virusa qarşı daha güclü saxlayacaq. Vaksinin yeni variantlara qarşı təsirli olub-olmamasını da araşdırmışıq. Bugünə qədər aparılan araşdırmalar və İsraildəki ilk yoxlamalara görə, 3-cü doza vaksin yeni varianta qarşı qorumanı tamamilə geri qazandırır".