Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

​Ayaqlar tutulur, ürək bulanır... - Vaksinin yan təsirləri varmı?

  • 2021.03.24 17:59
  • 2722 Baxış
​Ayaqlar tutulur, ürək bulanır... -  Vaksinin yan təsirləri varmı?

Vaksinin insanlarda yan təsirlər göstərməsi yəqin ki, çoxumuzun ətrafında qarşılaşdığımız haldır. Ayaqların şişməsi, halsızlıq, qaytarma və sair. Bu haqda iddialar hər gün daha çox artır.

Bəs problem nədə və yaxud da kimdədir?

Medicina.az xəbər verri ki, məsələ ilə bağlı Azadinfo.az-a açıqlama verən infeksionist Vüqar Cavadzadə vaksinin hansısa ciddi yan təsirlərinin olmadığını bildirib:

“Özüm 2 dəfə vaksin vurdurmuşam və onun üzərindən 70 gün keçib. Heç bir mənfi təsirini də görməmişəm. Həmçinin, vaksinin əlavə təsiri ilə bağlı mənə heç bir şikayət də olunmayıb. Bu halların baş verdiyi insanların yəqin ki, ürək-damar sistemində problem olub və həkim onu müəyyən edə bilməyib. Vaksinasiya zamanı biz deyirik ki, kəskin xəstəlikləri olan insanlara vurmaq olmaz, amma cüzi bir xəstəliyi olub, vaksindən sonra qabaran problemdə həkimin günahı yoxdur. Bu vaksinlər inaktiv vaksinlərdir və insanlarda yan etki yaratmaq kimi bir xüsusiyyətə malik deyil”.

Həkim Aydın Əliyev isə bu halların insanlarda psixoloji olaraq baş verdiyini söyləyir:

“Biz yanvarın 18-dən bu prosesi izləyirik və belə bir hal ilə qarşılaşmamışıq. Hətta siz bu sualı ünvanlayan zaman mən təəccübləndim. Yalnız yüksək allergiyası olan insanlara mənfi təsir göstərmə ehtimalı vat. O da ki, yüz mindən bir insana təsadüf edə bilər. İkinci bir vəziyyətdə isə bu hal psixoloji olaraq baş verir. Düşmən düşüncəsində olan insanılar müxtəlif məlumatlar yayırlar. Bu ölkədə vaksindən adam öldü və sair kimi. Bu da insanlara psixoloji təsir edir və bu təsirlər də insanlarda narahatlıq yaradır”.