Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksindən yayınanlar böyük miqdarda cərimə olunsun – Virusoloq

  • 2021.10.11 15:07
  • 2016 Baxış
Vaksindən yayınanlar böyük miqdarda cərimə olunsun  – Virusoloq

Rusiyanın məşhur virusoloq alimi Aleksandr Lukaşev kovid peyvəndindən yayınanların və qəsdən vurdurmayanların hər ay cərimələnməsi təklifini irəli sürüb.


Medicina.az xəbər verir ki, peyvənd əleyhinə olanlar ölkənin kovidlə mübarizə xərclərini artırır, səhiyyəni yükləyir.


“İstənilən virus xəstəlikləri ölkənin səhiyyə sisteminə zərbə və yükdür. Bir kovid xəstəsinin müalicəsi dövlətə 200 min rubla başa gəlir. Ağır xəstələr isə yarım milyon. Bəzən bu rəqəm də xəstələri xilas edə bilmir.

Peyvənddən şüursuzcasına yayınanlar dövləti və vətəndaşları təhlükəyə atır. Belə olan halda maliyyə cərimələrinin olması məqsədəuyğundur. Bu qədər zərər vuran vətəndaş bunu ödəməlidir.


Təkcə QR kodla yoxlama və sanksiyalar azdır, cərimələr olmalıdır. Hesab edirəm ki, peyvənd olunmalı olduğu halda bunu etməyən vətəndaş ayda 5000 rubl cərimə ödəməlidir”.