Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksindən sonra yenidən yoluxma - Bu əlamətlərə diqqət!

  • 2021.08.24 10:27
  • 4706 Baxış
Vaksindən sonra yenidən yoluxma -  Bu əlamətlərə diqqət!
Koronavirusa qarşı vaksinasiya olunanlar arasında təkrar yoluxmaya da rastlanılır.


Bəs vaksin vurdurmalarına baxmayaraq COVID-19-a yoluxan insanlar nə etməlidirlər? Bu hansı əlamətlərlə özünü göstərir?

Mütəxəssislər bildirirlər ki, vaksinin ən önəmli cəhəti xəstəliyin daha yüngül keçirilməsidir.

Vaksinasiya olunanlar olunmayanlarla müqayisədə yüngül simptomlarla xəstəliyi keçirilər. Yüksək temperatur və ya şiddətli öskürək kimi simptomlara rastlanılmır. Bu da vaksinin təsirindəndir. Buna baxmayaraq, temperatur, öskürək, yorğunluq, baş ağrısı, burun axıntısı, ürək bulanma, ishal, dad və iybilmənin itirilməsi kimi əlamətlər mütləq diqqətə alınmalıdır. Çünki bu başqa digər xəstəliklərin göstəriciləri ola bilər.