“COVID-ə yoluxmuş, üstündən 6 ay keçməsinə baxmayaraq seroloji testin nəticələrinə görə qanında anticisimlərin yüksək olduğu şəxslər də peyvənd olunmalıdır”.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iki dozada peyvənd vurdurmuş, üstündən iki həftə keçməsinə baxmayaraq seroloji testin nəticələrinə görə qanında anticisimlər olmayan şəxslər təkrar peyvənd oluna bilər. Qeyd olunub ki, həmin şəxslər 6 aydan sonra yenidən vaksinasiyadan keçə bilərlər.