Gürcüstanda vaksin olunan 27 yaşlı tibb bacısı Meqi Bakradze ölüb.
Medicina.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Axalçixedəki "İmedi" klinikasında gənc tibb bacısı koronavirusa qarşı "Astrazeneka" peyvəndi qəbul etdikdən sonra komaya düşüb.
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin dediyinə görə, tibb bacısının vəziyyətinin ağırlaşmasının səbəbi anafilaktik reaksiya olub.