Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda ikinci doza vaksindən sonra 20 yaşlı qızın səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirilib

  • 2021.07.05 16:09
  • 2195 Baxış
Bakıda ikinci doza vaksindən sonra 20 yaşlı qızın səhhəti pisləşdi   - Xəstəxanaya yerləşdirilib
Bakı sakini 20 yaşlı Fərqanə Niftəliyevanın COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurduqdan sonra səhhətinin pisləşdiyi bildirilir.

Medicina.az -ın məlumatına görə, F.Nifəliyevanın atası Ruhullah Kərimov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, iyulun 3-də Maştağa qəsəbəsi 7 saylı poliklinikada qızına “Sinovac” vaksininin ikinci dozası vurulub:

“Bundan sonra qızımda nəfəs darlığı və boğulmalar yarandı. Bu gün poliklinikaya getdik, sahə həkimi dedi ki, “qızınız dəlidir, nevroloji problemləri” var. Hazırda qızımı təcili yardım maşını ilə xəstəxanaya aparırıq”.

7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova bildirib ki, vətəndaş 1998-ci il təvəllüdlü Niftəliyeva Fərqanə Ruhullah qızı 3 iyul 2021-ci il tarixdə 7 saylı BŞX-nin poliklinika şöbəsində “Sinovac” peyvəndinin 2 ci dozası qəbul edib:

“Atasının dediyinə görə həmin günü axşam qızında boğulma halları olub. Təcili Tibbi Yardıma müraciət edilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. İlk yardım göstərilib psixosomatik şöbədə stasionar müalicədən imtina edib. 5 iyul 2021-ci il tarixində yenidən poliklinikaya müraciət edib və nevropatoloq tərəfindən müayinə edilib.

Ona isterik tipli qıcolmalar diaqnozu qoyulub. Təcili Tibbi Yardım vasitəsilə xəstə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub”.