Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənd vurduran gün çimmək olarmı? - Həkim CAVABI

  • 2021.05.29 14:06
  • 3045 Baxış
Peyvənd vurduran gün çimmək olarmı? -  Həkim CAVABI
Vaksinasiyadan sonra çimmək olmaz mifi hələ də moddadır. Ekskluziv olaraq yalnız Azərbaycanda. Bu qeyri-adi qadağanı camaata hansı əsrdən qalma həkim qoyub? Vaksin vurduranlar elə həmin gün çimə bilər. Vaksin vurulan sahəyə su dəyməsinin heç bir təhlükəsi yoxdur.

Medicina.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.



Vaksinin təsirindən söz açan həkim immun çatışmazlığı olan insanlara COVID-19 vaksinin zərərli olmadığını bildirib: "İmmun çatışmazlıqlı insan dedikdə kimya, şüa terapiyası alan onkoloji xəstələr, ağır şəkərli diabet, QİÇS, anadangəlmə immun çatışmazlığı sindromları, orqan köçürülmüş xəstələr və autoimmun xəstəliklərə görə təyin olunmuş immun supressant dərman qəbul edən xəstələr nəzərdə tutulur. Onlara vaksin vurulması təhlükəli deyil, aseptik şəraitdə vurulubsa, digər insanlarda olduğu kimi əlavə təsirlərin görülməsi istisnadır.

Amma bu qrup xəstələrdə vaksin işə yaramaya bilər. Vaksinin onlarda COVID-19-a qarşı immunitet yaratma ehtimalı azdı. Ona görə hətta tam vaksinasiya olunmuş immun çatışmazlıqı olan xəstələr COVID-19-a qarşı özlərini ciddi qorumağa davam etməlidirlər".