Vaksinasiya dünyada koronavirus pandemiyasının gedişinə necə təsir edir? Peyvəndləmədən sonra ölkələrdə virusun yayılması azalıb, yoxsa əksinə artıb? Nəyə görə peyvənd çıxandan sonra dalğalar daha da gücləndi?
Vaksinasiya pandemiya ilə mübarizədə heç bir rol oynamayacaq, yoxsa hələ də ümid var?
Medicina.az xəbər verir ki, Rusiyalı həkim psixiatr, “Sübutedici təbabət” akademiyasının rəhbəri Sofiya Dorinskaya google analitikdən müxtəlif ölkələr üzrə koronavirus qrafiklərini təhlil edib.
Bir ildir pandemiya ilə mübarizə aparan dünya ölkələrinin yarıdan çoxu yanvar ayından kovid əleyhinə peyvəndi əhalisinə vurmağa başlayıb.
Əvvəllər peyvəndə qədər artıq milyonlarla insan virusa yoluxub təbii immunitet qazanmışdılar.
Gözlər peyvəndə dikilmişdi, ondan sonra yoluxma,ölüm azalmalıydı.
“Amma biz nə görürük. Baxın qrafiklər, statistika yalan demir. Hələ burda yoluxma əgər düzgün göstərilibsə. Baxın, İsrail, Almaniya, Macarıstan, Rusiya – peyvəndə qədər bir dalğa idi, yüksəlmə gedib, sonra birdən azaldı və düz xəttdir., yəni yoluxma çox düşüb. Bİrdən vaksinasiya başlayır və baxın, elə bir ölkə yoxdur ki, yenidən yoluxma, pandemiya yüksələn xəttə qalxmasın. Bütün dünya üçüncü dalğaya girdi.
Bu statistika hansı adda peyvənd olunmasından asılı deyil. İstər Avropa, istər Rusiya vaksini ilə statistikada azalma olmadı. Əksinə dalğalar güclənib, yoluxma sürətlənib, ölüm artıb. Vaksinasiya niyə statistika pikinə təsir etmədi? Etmədisə niyə?
İndi də deyirlər virus mutasiya olunub. O zaman sual verirəm: peyvənd işləmədisə, onda niyə alınır, niyə vurulur? Peyvənd də var, yenidən karantin lazımdır, yenidən lokdaunlar. Vaksinasiya fonunda statistikanın artmasını kimsə izah edəcək? Bir normal, savadlı virusoloq çıxıb bunu izah edəcək?
Mənə maraqlıdır: vaksinasiya bu artıma səbəb olub, yoxsa peyvəndin heç bir günahı yoxdur? Yoxdursa, o zaman biz ondan nə gözləyirik?”.
Həkimin ətraflı videosunu təqdim edirik: