Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesindən keçənlərin sayı 3 milyonu keçib.
Türkiyə KİV-nin məlumatına görə, ölkədə pandemiya ilə mübarizə tədbirləri davam etdirilir.
Həmçinin COVID-19-a qarşı vaksinasiya prosesi də tərtib olunmuş plana uyğun şəkildə aparılır. Türkiyə Səhiyyə Nazirliyinin son statistikasına görə, ölkədə ilk doza vaksin olunanların sayı 3 029 889 nəfərə çatıb.
Hazırda paralel olaraq vaksinasiyanın ikinci mərhələsi davam edir. Türkiyədə vaksinasiya prosesində Çinin "SinoVac" şirkətinin "CoronaVac" vaksinlərindən istifadə edilir. Vaksinlərin tədarükü prosesi də həyata keçirilir.