Vaksinasiya olunanların sayı 4 milyonu ötdü

  • 2021.07.09 16:37
  • 1342 Baxış
Vaksinasiya olunanların sayı 4 milyonu ötdü
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 612, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.
Vaksinasiya olunanların sayı 4 milyonu ötdü