Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksinasiya haqqında təbliğat kampaniyasına başlanıldı

  • 2021.05.22 11:33
  • 1302 Baxış
Vaksinasiya haqqında təbliğat kampaniyasına başlanıldı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.

Medicina.az -ın məlumatın görə, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.

Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində işıq üzü görən ilk videoçarx toy mərasimi haqqındadır. İlk çarxın məhz bu mövzuda seçilməsi təsadüfi deyil. Sirr deyil ki, həm mənəvi, həm də maddi olaraq xalqımızın həyatında toy məvhumu önəmli yer almaqdadır və artıq 1 ildən çoxdur ki, davam edən pandemiya səbəbindən xalq özəl günlərini bayram edə bilmir.

Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.