Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vaksinasiya günü oruc tutulmaya bilər" - Mütəxəssis

  • 2021.03.31 14:41
  • 1914 Baxış
"Vaksinasiya günü oruc tutulmaya bilər" -  Mütəxəssis
Mütəxəssislər Ramazan ayında da vaksinasiyanın davam etdirilməli olduğunu bildiriblər.

Medicina.az xəbər verir ki, bu barədə türkiyəli professor Levent Akın açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoluxma sayının artmasında əsas səbəb mutant viruslardır: “Bildiyim qədəri ilə vaksin orucla bağlı bir problem yaratmır. Nə olursa-olsun insanlar vaksinasiyaya davam etməlidir. Bütün müsəlmanlar üçün Ramazan ayı çox özəldir. Bu ayda insanların ölməməsi, xəstələnməməsi və xəstəxanada yatmaması çox önəmlidir. Ona görə də insanlar peyvən olunacaqları gün oruc tutmaya bilər. Heç olmazsa, vaksinasiya olunacaqları gün oruc tutmayıb daha sonra əksik oruclarını tamamlayarlar. Bunun cavabını tam verə bilmərəm. Biraz da ilahiyyatçıların biləcəyi məsələdir. Ramazan ayında da insanlar qaydalara riayət etməlidirlər. Yoxsa, statistikanın artması qaçınılmaz olacaq”.