Vaksinasiyaya mütləq tam sağlam getmək lazımdır, əks təqdirdə sağlamlıq üçün ciddi nəticələr ola bilər.
Orqanizmin ümumi vəziyyətini öyrənmək üçün ən azı bir ümumi qan analizi verilməlidir.
Medicina.az xəbər verir ki, həkim immunoloq Nataliya Kalininina analizdə hansı göstəricilərə diqqət yetirilməli olduğumuzu açıqlayıb.
"Vaksindən öncə istənilən şübhələri aradan qaldırmaq üçün pasiyent özü qan analizi verə bilər. Qanın kliniki analizində EÇS,CRB, leykosit, miqdarı, orqanizmdə iltihab olub-olmamasına, trombositlərin sayına, allergik statusa, eləcə də qanın laxtalanmasına diqqət yetirilməlidir. EÇS, leykositlərin miqdarı artıbsa, peyvənd vurdurmaq olmaz. Aktiv bakterioloji iltihabi proses var. Bu zaman daha sağlam dövrə qədər peyvənd təxirə salınmalıdır”