Türkiyədə bu gündən etibarən vaksinasiya olunmayan şəxslərdən PCR testi tələb olunacaq.
Medicina.az xəbər verir ki, təyyarə ilə uçuş zamanı, ictimai nəqliyyatdan istifadədə, konsert, teatr və kino zallarına girişdə, eyni zamanda müəllim, tələbələr və təhsil işçilərindən PCR testi tələb olunacaq.
Həmçinin şəhər və rayonlararası gediş-gəlişlərdə də vətəndaşlar 48 saat əvvəl verilmiş PCR testinin nəticələrini göstərməlidirlər
PCR testinin nəticəsi olmayan sərnişinlər isə ilk dayanacaqda ictimai nəqliyyatdan aşağı endiriləcək.
Qeyd edək ki, PCR testi dövlət xəstəxanalarında müəllimlər üçün pulsuz həyata keçiriləcək. Amma digər vətəndaşlar üçün pullu-pulsuz olması ilə bağlı hələlik qərar verilməyib.