Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksin vurduranlara pul veriləcək - 4 iyundan...

  • 2021.05.28 14:49
  • 2917 Baxış
Vaksin vurduranlara pul veriləcək -  4 iyundan...
ABŞ-ın Kaliforniya ştatında əhalini koronavirus əleyhinə vaksin vurdurmağa təşviq etmək üçün ümumilikdə 116,5 milyon dollar mükafat veriləcəyi açıqlanıb.

Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu günə qədər 20 milyondan çox insanın peyvənd olunduğu ştatda vaksinasiyanı sürətləndirmək üçün mer Qavin Nevsom 4 iyundan etibarən pul mükafatları verəcəklərini bildirib.

Q.Nevsom kampaniya çərçivəsində 10 nəfərə 1,5 milyon dollar, 30 nəfər 50 min dollar və 2 milyon şəxsə isə 50 dollarlıq hədiyyə kuponu təqdim edəcəklərini qeyd edib.

Sərt tədbirlərin minimuma endiriləcəyi iyun ayının ortalarına qədər əhalinin 70 faizinin vaksinasiyasını hədəfləyən mer peyvəndləməni sürətləndirmək üçün ABŞ-ın digər ştatlarından daha çox vəsait ayrıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Ohayo və Nyu York ştatlarında da vaksinasiyanı sürətləndirmək üçün müxtəlif mükafatlar verilir.