Vaksinasiya olunan şəxslər qan verə bilərlər.
Medicina.az xəbər verir ki, 17 aydır davam edən koronavirus pandemiyası hamımıza mənfi təsir etdi. Bunlar sırasında xüsusilə qana ehtiyacı olan xəstələr də var. Koronavirusa yoluxmaqdan qorxan insanlar qan bağışlamaq da çəkinirlər. Buna görə də xəstəxanalarda donorların sayında da azalmalar müşahidə edilir.
Koronavirus keçirən insanların bir çoxu qan verib-verə bilməməkləri ilə bağlı tərəddüdlər yaşayırlar.
Türkiyəli mütəxəssislərin fikrincə, koronavirusu keçirənlər, şübhəsi olanlar PCR testi verdikdən sonra donor ola bilərlər.
Amma bu insanların test nəticələrinin bir dəfə neqativ olması yetərli deyil.
Belə ki, xəstəliyi keçirənlərin, təmas və ya şübhəsi olanların 28 gün ara ilə iki dəfə test nəticələri neqativ olmalıdır. PCR testləri neqativ olanlar donor ola bilərlər.
Eyni zamanda, vaksinasiya olunanların sayı da gündən-günə artır. Vaksin vurduran insanlar da qan bağışlaya bilərlər.