Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vaksin tapılana qədər koronavirus yox olacaq"

  • 2020.04.08 13:19
  • 1565 Baxış
"Vaksin tapılana qədər koronavirus yox olacaq"
“Vaksin tapılana kimi bu pandemiya yox olacaq”.

Medicina.az xəbər verir ki, bu sözləri TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev REAL TV-də qonaq olan zaman deyib.


İnfeksionist bildirib ki, yeni virusa qarşı dərman və ya vaksinin istifadəsi üçün uzun müddət lazımdır:

“Ola bilər ki, haçansa vaksin tapılsın və istifadə olunsun. Bu, mənim şəxsi düşüncəmdir, həmin zaman ərzində artıq bu pandemiya da yox olacaq. Təbii yolla öz təsirini zamanla itirəcək, artıq yoluxan insanlar da çox yüngül formada keçirəcək. Onsuz da heç bir virus epidemiyası uzun müddət getmir. Əvvəlki epidemiyalara da baxsaq, qrip epidemiyası da artıq yay aylarında sonlanmışdı. Bu, sadəcə havaların isti olması ilə əlaqədar deyil. Virusların yoluxduqca təsirinin azalmasının nəticəsidir, artıq yoluxduqca özü zəifləyir. İnsanlar yüngül formada keçirir”.