Bütün dünyaya yayılan koronovirusla bağlı araşdırmalar davam edir.
Medicina.az xəbər verir ki, mütəxəssislər bu dəfə vaksinin spermaya təsirini araşdırıblar.
Belə ki, israilli mütəxəssislər tərəfindən ”BioNTech - Pfizer” üzərində aparılan araşdırmalar nəticəsində bəlli olub ki, vaksin spermalara zərər vermir.
Araşdırmalarda təxminən 1 ay öncə ikinci doza vaksin almış 43 kişinin sperm nümunələrindən istifadə olunub.
Çalışmanı aparan qrup araşdırmanın az insanla aparıldığını, amma bu mövzuda ilk olduğu bildirilib.
Qeyd edək ki, yanvar ayında “Reproduction” jurnalında yayımlanan bir məqalədə koronavirusun kişilərin sperm sayına təsir etdiyi ilə bağlı yazı yayılmışdı.