“Bu vaksinlər yeni yaradılıb. Lakin daha əvvəlki təcrübələrə əsasən deyə bilərik ki, vaksin sonsuzluq yaratmır”.
Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
N.Mustafayeva bildirib ki, hazırda dünyada onlarla vaksin tətbiq edilir:
“Bu vaksinlər başqa xəstəliklərə qarşı da istifadə edilir. Onlar haqqında artıq kifayət qədər məlumat var. Bu məlumatların heç birində sonsuzluq yaradılmasına dair faktlar müəyyən edilməyib”.