Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvəndi məhv edib saxta pasport verən həkimlər saxlanıldı

  • 2021.07.09 10:54
  • 1873 Baxış
Peyvəndi məhv edib  saxta pasport verən həkimlər saxlanıldı
Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Marat Axmetjanov ölkənin üç bölgəsində koronavirus infeksiyasına qarşı peyvənd pasportu satan tibb işçilərinin tutulduğunu bildirib.

Medicina.az xəbər verir ki, Marat Axmetjanovun sözlərinə görə, səhiyyə işçiləri peyvənd olunmamış insanlara sənəd verib, peyvəndləri isə sadəcə məhv ediblər.

"Dünən Qazaxıstanın üç bölgəsində peyvənd pasportu satan tibb işçiləri tutuldu. Gördüyünüz kimi, insanların sağlamlığı varlanma mövzusuna çevrilib, büdcədən ayrılan pullar isə boş yerə xərclənib”, - o deyib.

İdarədən həkimlərin Nur-Sultan, Alma-Ata və Akmola bölgələrində saxlanıldığı əlavə edilib./Qaynarinfo