Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksin pasportlarını ləğv erməyə ehtiyac varmı? - Millət vəkilləri

  • 2022.04.22 14:20
  • 1536 Baxış
Vaksin pasportlarını ləğv erməyə ehtiyac varmı?  - Millət vəkilləri


Artıq qapalı məkanlarda maskadan istifadə məcburiyyətinin ləğv olunacağı ilə bağlı anonslar verilir.

Bu barədə TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov da açıqlama verib. Lakin maskadan istifadə tələbinin ləğvi ilə bağlı dəqiq tarix hələ ki məlum deyil.

“Bəzi ekspertlər təhlükənin hələ tam sovuşmadığını bildirirlər. Hesab edirəm ki, Operativ Qərargahın vəziyyəti araşdırıb qərar qəbul etməsi daha məqsədəuyğundur. Çindən xəstəliklə bağlı hələ də müəyyən xəbərlər gəlir.

Bütün dünyada proses yekunlaşdıqdan sonra bu barədə düşünə bilərik. İndi “vaksin pasportu”nu ləğv etməyə nə ehtiyac var? Biz insanlarımızı o pasportlara inandırana, vaksin vurdurana kimi çox ağır bir prosesdən keçmişik”.

Millət vəkili Aydın Hüseynov isə həmkarından fərqli düşünür:

“Məlumdur ki, koronavirusdan qorunmanın ən etibarlı yolları gigiyenik qaydalara riayət olunması, maska taxılması idi. Əgər maskadan istifadə ləğv olunarsa, bu o deməkdir ki, ümumən pandemiyanın riskli dövrü keçib. Belə olduğu halda pandemiyanın tələb etdiyi digər prosedurlar, qaydalar, eyni zamanda, “vaksin pasportu”nun da öz qüvvəsini itirmiş hesab etmək olar. Pamdemiya fəsadlarının riskləri minimuma endikcə maskadan istifadə və digər qadağalar, tələblər aradan qaldırılacaq”.


Aynur
Baku Post