Elnur Əşrəfoğlu ECMO aparatına qoşulu vəziyyətdədir.
Medicina.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun həyat yoldaşı məlumat verib.
O bildirib ki, E.Əşrəfoğlunun böyrək çatışmazlığı olduğundan dializ təyin edilir.
E.Əşrəfoğlunun həyat yoldaşı da koronavirusa yoluxsa da, artıq sağalıb.
“Elnur koronavirusa yoluxan ilk günlər mən ona baxırdım. Ondan dörd gün sonra mən də yoluxdum. Lakin, vaksin olunduğum üçün tez və yüngül keçirdim. Üç gün hərarətim oldu, sonra toparlandım. Artıq karantin müddətim də keçib. İnşallah Elnur da sağalsın”, - jurnalistin həyat yoldaşı qeyd edib.