Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulmuş 300-dən çox şəxsdə xəstəliyə yoluxma təsdiqlənib.
Mediicna.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Amkrelidze bildirib.
Onun sözlərinə görə, COVID-19-a yoluxanların əksəriyyəti xəstəliyi yüngül formada, bir çox hallarda isə asimptomatik keçirib.
Qeyd edək ki, Gürcüstanda martın 15-də başlayan vaksinasiya çərçivəsində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinləri tətbiq edilir.