Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksin deyil, amma kovid sonsuzluğa səbəb olur - Həkim

  • 2021.05.25 14:06
  • 2268 Baxış
Vaksin deyil, amma kovid sonsuzluğa səbəb olur -  Həkim
Peyvənd bağlı yayılan mənfi fikirlər xüsusi ilə də sosial mediada yayılan dedi-qodular səbəbindən bir çox insan vaksin olunmaqdan qorxurlar.

Medicina.az xəbər verir ki, vaksin olunanların həyatını itirdiyi, bəzilərində allergiyaya səbəb olduğu, təzyiqə təsir etməsi ilə bağlı iddialar var.

Türkiyəli həkim - kardioloq Muhammed Keskin bu xəbərlərə münasibət bildirib. O qeyd edib ki, bu xəbərlərin hamısı yalandır:




RİSK YOX DEYİLƏCƏK QƏDƏR AZDIR

"Vaksinasiyadan sonra təzyiq ya da şəkər xəstəsi olmazsınız. İnfartk riski də yox deyiləcək qədər azdır. Allergiya ola bilər. Bu halda allergiyası olan xəstələrə poliklinikalarda deyil, önləm almaq üçün xəstəxanalarda peyvənd olunmasını məsləhət edirik”.

SONSUZLUQLA BAĞLI FİKİRLƏR YERSİZDİR

“Vaksinin kişilərdə sonsuzluğa səbəb olması ilə bağlı fikirlər tamamilə yanlışdır. Peyvənd deyil amma COVID-19 sonsuzluğa səbəb ola bilər".

VAKSİN DEYİL, COVID-19 SONSUZLUĞA SƏBƏB OLAR

“Koronavirus keçirən 81 xəstə üzərində aparılan araşdırmalarda testesteron səviyyəsinin düşdüyü sübut olundu. Bundan başqa, koronavirusun sonsuzluğa səbəb olduğuna dair araşdırmalar da var”.

PEYVƏNDƏ QARŞI REAKSİYALAR OLA BİLƏR

“Aşıya qarşı bəzi reaksiyalar ola bilər, lakin bunlara dözmək olar”.

HƏR DEYİLƏNƏ İNANMAYIN

“Vaksin haqqı olduğu halda vaksinasiya olunmayan insan koronavirus simptomları ilə xəstəxanaya gedir amma test vermək yerinə peyvənd vurdurur. Daha sonra ağırlaşıb xəstəxanaya gedir. Bu da vaksinə görə koronavirus oldu söyləntilərinə səbəb olur. Bundan başqa, xəstədə ürək problemi olub, xəstəxanaya gedənlər olur. Nəticələri normal çıxır, amma “vaksinasiyadan sonra infarkt oldu” – deyilib, qulaqdan-qulağa yayılır. Hər gün bu cür hadisələrlə qarşılaşırıq. Hadisənin iç tərəfini çox az adam görür. Lütfən, hər eşitdiyinizə inanmayın, vaksin vurdurun”.