Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaginit nədir, müalicəsi necə aparılır?

  • 2019.08.01 13:41
  • 16256 Baxış
Vaginit nədir, müalicəsi necə aparılır?

Afronik vaginit xəstəliyi nədir?

 

 

 

Afronik vaginit – qaşınma, qızartı, vaginada qeyri-sabitlik yaradan bir xəstəlikdir. Zamanla vaginanın daralması, açılması və büzülməsi halları kimi də özünü büruzə verir. Bu problem qadınların 75%-də menopozdan (doğuş qabiliyyətinin itdiyi 48-55 yaş arası dövrə menopoz deyilir) sonra baş verir. Bu, təbiidir.

 

 
səbəbi: Əgər qadın vaginal hissədə quruluq, cinsi əlaqədən sonra ağrı, göynərti hiss edirsə, deməli, afronik vaginit xəstəliyindən əziyyət çəkir. Bundan başqa, qadınlara çox lazımlı olan estrogen hormonlarının səviyyəsinin aşağı düşməi də bu xəstəliyə işarədir. Vaginit nədir? Sağlam uşaqlıq yolunun xüsusi mühiti vardır. Bu mühit onu təmiz saxlayır və infeksiyalardan qoruyur. Bəzən ondan axıntı başlayır və bu vaginit adlanır. Vaginitlərin səbəbləri hansılardır? Menstruasiya, ovulyasiya, seks, hamiləlik və ya klimaks, diabet, antibiotiklər - bütün bu səbəblər uşaqlıq yolunun daxili mühitinin dəyişməsinə səbəb ola bilər. Qadınların əksəriyyətinin həyatında vaginit olmuşdur. Vaginitin 4 tipi vardır:     Bakterial vaginoz     Trixomoniaz     Kandidoz     Atrofik vaginitlər Bakterial vaginoz Simptomları     İfrazatın olması.     İfrazat ağımtıl, bozumtul, sarımtıl olur və balıq iyi verir.     Qaşınma, yanğı və ağrı.     Simptomlar olmaya da bilər.
  

Ötürülməsi
Seks bakierial vaginoz əmələ gətirə bilər, lakin bakterial vaginoz seksual kontaksız da ola bilər. Müalicəsi Müalicə olunan xəstəlikdir.  Trixomoniaz Simptomları     Köpüklü, sarımtıl və ya yaşımtıl və balıq iyli ifrazat.     Yandırma və qaşınma.     Simptomlar olmaya da bilər. Ötürülməsi Trixomoniaz adətən sekslə keçir. Həmçinin yaş dəsmallardan, əskilərdən, çimməkdən və s. ötürülür. Kandidoz Simptomları     Kəsmiyəbənzər ifrazat.     Ağ rəngli olub, maya iyi verir.     Qaşınma, yanğı və ağrı.     Seks rahatsız olur. Ötürülməsi Maya göbələyi infeksiyası sekslə ötürülür. Müalicəsi Maya göbələyinin müalicəsi şamlarla və tabletlərlədir.  Atrofik vaginit Simptomları      Anormal ifrazat.      Qaşınma və yanğı. Ötürülməsi Esterogen hormonunun aşağı səviyyəsi ilə izah edilir. Bu da qadınlara klimaks zamanı təsir edir. Müalicəsi Estrogen krem. Vaginitlər haqqında faktlar     Siz vaginal ifrazat dəyişməsinə diqqət etməlisiniz. Bu, ağ və qoxulu ifrazatın olmasıdır.     Tibb müəssisəsinə müraciət edin. Sizdəki ifrazat daha ağır problemlər yarada bilər.     Sizdə vaginitin bir neçə növü ola bilər və onların müalicəsinə bir neçə növ dərman lazım ola bilər. Müayinədən 24 saat əvvəl duş qəbul etməyin, aerozol və dezodarantdan istifadə etməyin. Bu, diaqnozun qoyulmasını çətinləşdirə bilər.     Sizə verilən dərmanları dəqiqliklə qəbul edin. Simptomlar getsə belə, dərmanların qəbulunu dayandırmayın. Vaginit geri qayıda bilər.     Müalicə qurtarmamış seks olmaz. Seks lateksli kondomla olmalıdır. Vaginitin müalicəsindən sonra sizin partnyorda əlamətlər qayıdırsa, о, yenidən müalicə olunmalıdır.     Vaginanı təmiz və quru saxlamaq lazımdır.     Dezodorant, maye sabun, duşdan istifadə etmək olmaz.     Dar alt paltarlanndan istifadə etməyin.     Tualetdən sonra təmiz yuyunmaq lazımdır.
Vaginit nədir, müalicəsi necə aparılır?
Vaginit nədir, müalicəsi necə aparılır?
Vaginit nədir, müalicəsi necə aparılır?