Türkiyədə anadangəlmə vaginası olmayan qadın ikinci dəfə əməliyyat olunaraq, ona öz dəri və toxumasından vagina hazırlanıb.
"Medicina" xəbər verir ki, Gülhanə Xəstəxanasında qapalı cərrahiyyə üsuli ilə həyata keçirilən əməliyyatı professor Mustafa Ulubay icra edib.
17 yaşında qıza ilk dəfə ayağınnın toxumasından süni vagina yaradılıb, amma o uğursuz olduğu üçün ikinci dəfə qarından alınan hissədən istifadə edilib.
Professor Mustafa Ulubayın sözlərinə görə, hər 5 min adamda bir rast gəlinən bu hal vagina və uşaqlıq yolunun anadangəlmə inkişaf etməməsi ilə xarakterizə olunan bir xəstəlikdir. Qapalı yöntəmlə digər toxumalardan alınan materialla vagina yaradıldığı zaman bu insanlar cinsi əlaqədə ola biləcəklər".
Aygün Musayeva