Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaginal axıntı artarsa...Ginekoloqdan XƏBƏRDARLIQ

  • 2017.11.09 14:05
  • 65486 Baxış
Vaginal axıntı artarsa...Ginekoloqdan  XƏBƏRDARLIQ
Ginekoloq Firuzə Cəfərzadə 

Qadında baş verən normal vaginal axıntı haqqında yazacam.


Vaginanın selikli qişası yastı çoxqatlı epiteli ilə örtülmüşdür və bu hüceyrələr qlikogenlə zəngindir . Bu qlikogen qlükoza və süd turşusuna parçalanaraq vaginada PH-ı 4-4,5 səviyyəsində saxlayaraq turş mühit yaradır. Məhz belə mühit normaldır və pataloji mikroorqanizmlərdən bizi qoruyur. 


Vaginal axıntı hər bir qadında var. Normada axıntının miqdarı 1-4 ml arasındadır, ağ və ya sarımtıldır, şəffaf ola bilər, əksərən iysiz və ya zəif turş qoxuludur. 


Vaginal axıntının xarakterinə təsir edir:


1. Qidalanma 


2. Seksual aktivlik

 

3. Dərman preparatlarının qəbulu 


4. Stress 


5. Kontraseptivlərin qəbulu 


6. Menstrual tsiklin fazası

 

7. Hamiləlik 


8. İnfeksiyalar


9. Gigiyena vasitələri (gel,sabun, bezlər) 


10. Antibiotik qəbulu və s. 


Bunu anlamaq vacibdir ki, hər bir qadının öz NORMAL axıntısı var (rəng, konsistensiya, miqdarı və s. )Axıntının dəyişkənliyinə fikir verilməlidir. Əgər son zamanlar axıntının miqdarı atıbsa, fərqli qoxu yaranıbsa bunlar həkimə müraciət etmək üçün səbəbdir.

 

 

Vaginal axıntı artarsa...Ginekoloqdan  XƏBƏRDARLIQ