Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçirildi - FOTO/YENİLƏNİB

  • 2019.02.15 09:40
  • 11099 Baxış
V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçirildi -  FOTO/YENİLƏNİB
 
Bu gün V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başlayıb. 

Medicina.az xəbər verir ki, konfrans 2 paneldən ibarət olacaq. Professorlar Surxay Hadıyev və Sezai Yılmazın sədrlik etdiyi birinci paneldə professor Tevfiq Tolqa Şahin "Marginal greftlərdə maşın perfuziyası və müalicəsi”, professor Adil Başkıran "Qaraciyər transplantasiyası və hamiləlik”, docent köməkçisi doktor Veysel Ersan "Qaraciyər transplantasiyasında immunosupressiya protokolu”, Ruslan Məmmədov "Qaraciyər transplantasiyasında mikro-RNA-nın klinik əhəmiyyəti – erkən nəticələr” mövzularında çıxış edəcəklər. 

Professorlar Tevfik Tolga Şahin və Nuru  Bayramovun sədri olduqları ikinci paneldə Sevinc Salahova "Qaraciyər transplantasiyasında dalaq və qreft elastoqrafiyasının əhəmiyyəti”,dosent köməkçisi doktor Cemalettin Koç "Postransplantasiya – çətin hallar”, professor Sezai Yılmaz "Xenotransplantasiya”, dosent Volkan İnce "Erkən mərhələdə hepatosellüler xərçəngdə rezaksiyon, yoxsa transplantasya” mövzularından bəhs edəcəklər. 

Konfransın bağlanış mərasimində professorlar N. Bayramov və S. Yılmazın çıxışları olacaq. 

Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 7 Davamedici Tibbi Təhsil Balı veriləcək. 

Konfrans ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunub.

*** 

Malatya Universitetinin professoru Sezai Yılmaz ATU ilə əməkdaşlığın əhəmiyyətli olduğunu, Azərbaycanda orqan transplantasıyası ilə bağlı qanunun tezliklə qəbulunu arzuladıqlarını söyləyib.

AMEA-nın müxbir üzvü, professor Nuru  Bayramov ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik tarixindən bəhs edib. 

N. Bayramov deyib, 2013-2019-cu illərdə 2 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə elmlər namizədliyini müdafiə edib. O, kafedrada elektron qeydiyyat sistemi yaradıldığını, bunun gələcəkdə araşdırmalara yardım kömək edəcəyini vurğulayıb. Kafedra tərəfindən 73 konfrans təşkil edilib.

***

Bu gün V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransının I paneli keçirilib. 

Panelə professorlar Surxay Hadıyev və Sezai Yılmazın sədrlik edib. 

Panelə videkonfrans yolu ilə qoşulan doktor Ruslan Məmmədov "Qaraciyər transplantasiyasında mikro-RNA-nın klinik əhəmiyyəti – erkən nəticələr” mövzusunda danışıb. Professor Tevfiq Tolqa Şahin marginal greftlərdə maşın perfuziyası və müalicəsindən bəhs edib. 

Dosent köməkçisi Ebru İnci Coşkun "Qaraciyər transplantasiyası və hamiləlik” mövzusundan danışıbar. Ebru İnci Coşkun deyib ki, qaraciyər köçürülmüş qadınlarda hamiləlik dövründə bir sıra xəstəliklər özünü biruzə verə bilər. O, hepatit xəstəsi olan anaların dünyüyü gətirdiyi uşaqlara dərhal peyvənd vurulduğunu nəzərə çatdırıb. Ebru İnci Coşkun hamilələrdə bəzən müşahidə olunan qaşınmalarla əlaqədar bitki çaylarının tövsiyə edilməsini yanlış sayıb, laborator analizlərə uyğun müalicə yazılmasını vacib sayıb.  

Professor Adil Başkıran qaraciyər çatışmazlığından əziyyət çəkmiş və qaraciyər köçürülmüş qadınların 7 aydan sonra hamilə qalmasında heç bir problem olmadığını söyləyib. Onun sözlərinə görə, 7 ay ərzində qadının orqanizmində hormonlar normal səviyyəyə çatır. Adil Başqıran hepatit C virusu yoluxmuş və sonradan qaraciyər köçürülmüş 45 yaşına qədər qadınların 2 il, xərçəng xəstəsi olmuş və qaraciyər köçürülmüş qadınların isə 3 il sonra hamilə qalmasının məqsədəuyğun olduğunu vurğulayıb. 

Dosent köməkçisi Veysel Ersan "Qaraciyər transplantasiyasında immunosupressiya protokolu” mövzusunda çıxış edib.

Bununla da panel başa çatıb.

***

Konfransının II panelinə professor Tevfik Tolga Şahin və Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov sədrlik edib. 

Professor Sezai Yılmaz "Xenotransplantasiya” mövzusunda çıxış edib. Sezai Yılmaz bildirib ki, bizim Malatyada yerləşən institutları transplantasiya sahəsində dünyada 1-2-ci yerlər uğrunda yarışan tanınmış institutdur. Bu vaxta kimi institutda 2500 qaraciyər transplantasiyası həyata keçirilib, ildə 300 əməliyyat icra edilir. Onun sözlərinə görə, transplantasiya insanın ölümlə mübarizəsində ön böyük kəşfidir. Xenotransplantasiya isə iki fərqli növdən, fərqli heyvanlar arasında, yaxud heyvandan insana orqan köçürülməsini nəzərdə tutur:  "Əsrlərdir bu barədə danışılır, amma bu günə qədər bir konkret nəticə əldə olunmayıb. İlk dəfə heyvandan insana dəri köçürülüb, adacıq hüceyrələri də transplantasiya olunub. Amma bunlar hamısı uğursuz olub.  Hüceyrə transplantasiyası rusiyalı Sergey Voronof tərəfindən yaşlı insanların gəncləşdirilməsi idiası ilə istifadə edilib, ancaq uğursuz olub. Meymunlardan insanlara böyrək də köçürülüb.  Amma bu böyrəklər köçürülən insanlar gündə 20 litr sidik ifraz edib, tez həyatlarını itiriblər. Ən çox yaşayanı bir müəllim olub ki, 9 ay yaşasa da, o da ölüb. Bu təcrübələrdə iştirak edən bütün insanlar ölüb. 1964-cü ildə şimpanzedən insana ürək köçürülməsi də uğursuzluqla nəticələnib. 1967-ci ildə 7 donuz qaraciyəri insana yaxın heyvana – meymuna köçürülüb. Meymunların çoxu ölüb. Los-Ancelesdə Makova adlı cərrah 1995-ci ildə qadın xəstəyə donuz qaraciyəri köçürür, xəstə 1 gün sonra ölür. İstər donuzdan, meymundan insana keçirilən transplantasiya uğursuzluqla nəticələnib”.

Sezai Yılmaz donuz qaraciyərinin insan qaraciyərinə ən yaxını olduğuna diqqət çəkib: "Ancaq insanın immunoloji sistemi ilə donuz arasında 35 dəfə çox fərq var. Lakin donuz qaraciyəri ilə insan qaraciyəri quruluşca tam eynidir. Genetik mühəndislik yolu ilə insan və donuz qaraciyərləri arasında fərqlər aradan qaldırıla bilər və bu istiqamətdə ciddi uğurlar qazanılmaqdadır. ABŞ-da 2015-ci ildən artıq bu sahədə kliniki təcrübələr aparılmasına qərar verilib. İlik öncə nəzərə almaq lazımdır ki, donuz qaraciyərini insana köçürəndə trobbositopemiya, qanaxma riski çox yüksəkdir. Donuz qaraciyərini insana köçürəndə ilk başda yaxşı çalışır. Bir müddət sona tromboz yaranır. Buna səbəb odur ki, donuz qaraciyəri içərisindəki damarlardakı təmizləyici reseptorları trombositləri yaxalayır. O zaman donuzları genetik dəyişib bu reseptorları ləğv etmək lazımdır. Bu reseptorları genetik yollarla ləğv etmək mümkün olub. Donuzlarda çox sayda zino antitellər var. Bu zino antitelləri də yox etmək lazımdır və bu sahədə də uğur qazanılıb. Bəs bu transplantasiyaya yəhudi, islam, xristian dinləri necə baxır? Bu mövzuda bir toplantı da keçirilib və müxtəlif din nümayəndələri dəvət olunub. İslam tibbi müalicəni qəbul edir. Amma bu müalicə insan həyat xilas etmək məqsədilə olmalıdır. Bəzi islam alimlərinə görə, həyati təhlükə olduqda, heç bir çıxış yolu olmadıqda, istənilən müalicə metodu keçərlidir.

Bəzi din alimləri də deyir ki, əgər donuzda çox hüceyrələr, orqanlar genetik yolla dəyişdirilirsə, o zaman o donuz kimi qəbul olunmamalıdır, orqanı köçürülə bilər”.

"Qaraciyər transplantasiyasında sağlam bir insanın donor olması doğru deyil, başqa yollar axtarmaq lazımdır. Orqan bağışlaması da o qədər sürətlə getmir ki, bu gün qaraciyərə ehtiyacı olanları xilas edək. Çıxış yolu donuzlardan insana qaraciyər köçürülməsini tezləşdirməkdir. Xenotransplantasiyanı yaxın 5 ildə kliniki tətbiqə keçirmək istiqamətində tələsməliyik. Donuzdan qaraciyər köçürülməsində qan uyğunsuzluğu problemi də yoxdur. Düzdür, donuzlarda sitomeqalovirus retriviruslar da təhlükəlidir. Artıq bu viruslardan da təmizlənmiş donuz cinsləri yaradılıb”.

Tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova "Qaraciyər transplantasiyasında dalaq və qreft elastoqrafiyasının əhəmiyyəti” mövsusunda çıxış edib. O qeyd edib ki, qaraciyər transplantasiyasından sonra dalaq və qreftin dəyərləndirilməsi və ağırlaşmaların qarşısının alınması mühüm məqamdır.

Dosent köməkçisi doktor Cemalettin Koç "Postransplantasiya – çətin hallar” barədə danışıb. 

Dosent Volkan İnce "Erkən mərhələdə hepatosellüler xərçəngdə rezaksiyon, yoxsa transplantasya” mövzusunda fikirlərini bildirib. 

Konfransın bağlanış mərasimində professorlar N. Bayramov və S. Yılmaz çıxış edib.

Aygün Musayeva

Çingiz

Medicina.az