Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üzünüzü səhv yuyursuz – Nəticə

  • 2023.06.20 11:52
  • 774 Baxış
Üzünüzü səhv yuyursuz  – Nəticə

Üzün təmizlənməsi yaşından asılı olmayaraq, hər bir qadın üçün məcburi kosmetik prosedurdur,məhz dərinin təmizlənməsi ilə biz həm evdə, həm də kosmetoloqun kabinetində şəxsi qulluğumuza başlayırıq.



“Medicina” xəbər verir ki, həkim dermokosmetoloq Liliya Dışlevayanın sözlərinə görə, üz dərisinə qulluq zamanı diqqət yetirmək lazımdır: birinci hiperkeratoza səbəb ola biləcək və iltihabı təhrik edə bilən yağlanmadır.


Müntəzəm təmizlənmənin olmaması dəri baxımını səmərəsiz edir, yuyarkən biz ölü dəri hüceyrələrindən xilas oluruq ki, bu da qulluq məhsullarından oksigen və aktiv maddələrin daxil olmasını təmin edir.


Əgər gündəlik olaraq makiyaj məhsullarından istifadə edirsinizsə, onda dərinizi təmizləmək üçün yalnız miselyar su və ya yuyucu geldən istifadə etmək qətiyyən yanlışdır, çünki heç biri dərinizi kifayət qədər təmizləməyəcək.

Yuma proseduru makiyajın çıxarılması proseduruna bərabər deyil, buna görə də əvvəlcə çirklənmiş mühiti pambıq və miselyar su ilə təmizləyirik, sonra gel ilə təmizləməyə davam edirik.


“Hər kəs səhər və yatmazdan əvvəl üzünü yumağın lazım olduğunu bilsə də, çoxları bu qaydaya məhəl qoymur, dərini yalnız səhər təmizləməyə üstünlük verirlər. Bu kökündən yanlışdır, çünki axşam biz gün ərzində yığılan çirklənmə izlərini (toz, makiyaj, sebum və s.), səhər isə yuxu zamanı dərimizə düşən və toplanan yağları aradan qaldırırıq”.


Aynurə Məmmədova