Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uzunömürlülərdə bu xəstəliklər çox az qeydə alınır

  • 2021.03.30 10:27
  • 1724 Baxış
Uzunömürlülərdə bu xəstəliklər çox az qeydə alınır

Azərbaycanda uzunömürlülərlə bağlı aparılmış tədqiqatlar onu göstərir ki, onlarda yaşla bağlı xəstəliklər çox az qeydə alınır.

Medicina.az xəbər verir ki, bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, tədqiqatın nəticələri əsasında məlyum olub ki, uzunömürlülərdə güclü adaptiv kompensator və genetik faktorlar hesabına patolji və invalyusion dəyişikliklər letal sonluğa gətirib çıxarmır.

S.Hüseynova qeyd edib ki, uzunömürlülərin yaxın qohumlarında irsi faktor özünü daha qabarıq göstərir:

"Belə ki, eyni ekoloji şəraitdə yaşamaqlarına baxmayaraq, kontrol qrupa nisbətən uzunömürlülər daha güclü adaptasiya imkanlarına malik olduqlarından onlarda yaşla bağlı xəstəliklər çox az qeydə alınır. Cənub bölgəsində yaşayan uzunömürlülər reproduktiv funksiyaların uzunmüddətli saxlanması ilə də fərqlənirlər"