İnsan ömrü genetik faktorlardan tutmuş ətraf mühit faktorlarına qədər bir çox dəyişənin təsiri altındadır. Bununla belə, bəzi tədqiqatlar göstərir ki, hətta doğulduğumuz ay da ömür uzunluğuna və ümumi sağlamlığa təsir edə bilər.
Bəs, doğrudanmı “uzunömürlü insanların doğulduğu ay” kimi bir anlayış var?
Medicina.az xəbər verir ki, alimlər doğum ayının fərdlərin sağlamlığına təsirini araşdıran müxtəlif araşdırmalar aparıblar.
Bu araşdırmalar göstərir ki, hamiləlik zamanı ananın məruz qaldığı mövsümi dəyişikliklər və ətraf mühit faktorları yeni doğulmuş körpələrin sonrakı yaşlarda sağlamlıq vəziyyətinə təsir edə bilər.
Məsələn, hamiləlik zamanı ananın aldığı günəş işığı körpənin D vitamini səviyyəsinə təsir edər. Bunun sümük sağlamlığından immunitet sisteminə qədər bir çox faydaları var.
Uzun ömürlü insanlar hansı ayda doğulur?
Bəzi araşdırmalar göstərir ki, xüsusilə may və noyabr aylarında doğulan insanlar daha uzun yaşayırlar. Bunun səbəbi tam açıqlanmasa da, bu aylarda doğulan insanların mövsümi xəstəliklərə daha az məruz qala biləcəyi və ya immun sistemlərinin daha güclü ola biləcəyi düşünülür. Bu aylarda doğulan fərdlərin daha gec qocaldığı diqqət çəkir.
Sağlam və gənc qalmağın sirləri
Doğulduğunuz aydan asılı olmayaraq, sağlam və uzun ömür yaşamaq üçün nə etmək lazım olduğu əslində olduqca aydındır.
Sağlam həyat üçün nəzərə alınmalı əsas məqamlar bunlardır:
Vücudunuza lazım olan vitamin və mineralları almaq üçün mövsümi və təbii qidaları seçin.
Fiziki fəaliyyət həm fiziki, həm də ruhi sağlamlığınızı qorumağa kömək edir.
Stresslə mübarizə yollarını inkişaf etdirmək uzun müddət sağlamlığınıza müsbət təsir göstərəcəkdir.
Keyfiyyətli yuxu həm bədəninizə, həm də beyninizə istirahət imkanı verir.
Erkən diaqnoz bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Aygün
Medicina.az