Dünya mövcud olduğu gündən insanlar uzunömürlü olmağın sirrlərini axtarıblar. Təbii ki, bu axtarışlar bu gün də davam edir. Mütəxəssislərin son qənaətləri isə maraqlı olmaqla yanaşı, həm asan, həm də sərfəlidir.
Medicina.az Modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
Mütəxəssislər ömrü 25 il uzatmaq üçün çox sadə bir üsul tapıblar. Qida rasionundan cəmisi bir ərzaq məhsulunu çıxmaqla buna nail olmaq mümkündür.
Qida məhsullarının insan ömrünə təsirini öyrənən araşdırmaçılar belə nəticəyə gəliblər ki, ət məhsullarından istifadə etməyənlər, bu qidadan istifadə edənlərdən 25 il çox yaşayırlar.
Tədqiqatlar göstərib ki, azkalorili pəhriz qidaları sağlamlığın möhkəmlənməsinə və uzunömürlülüyə şərait yaradır.
Müşahidələr zamanı statistik göstəricilər də bunu təsdiqləyib. Məlum olub ki, təkcə Böyük Britaniyada 100 yaşı olanlar gündəlik tələb olunan kalorinin cəmisi 60 faizini qida rasionuna daxil edirlər. Onlar buna öz rasionlarından ət məhsullarını çıxarmaqla nail olurlar.
Tədqiqatlar onu da göstərib ki, azkalorili qida məhsulları ürək-damar xəstəliklərinə tutulma riskini 30 faiz azaldır.
Siz də ömrünüzü 25 il uzatmaq istəyirsinizsə, ət məhsullarından heç olmasa, məhdudiyyətlə istifadə etməyi bacarın. Bu həm də ailə büdcəsi üçün sərfəlidir.