Sızanaqlar haqqında və onu səbəbləri haqqında çox eşitmişik. Lakin alimlər daha yeni səbəbi aşkarlayıblar.
Sızanaqların səbəblərindən biri Omeqa-3 yağ turşularının çatışmazlığı ola bilər. Bu fərziyyə alman dermatoloqları tərəfindən irəli sürülüb.
“Medicina” xəbər verir ki, Münhen şəhərindəki Lüdviq-Maksimilian Universitetinin tədqiqatçıları 100 sızanaq xəstəsinin qanında müxtəlif qida maddələrini ölçüblər və 94%-də omeqa-3 yağ turşularının tövsiyə olunan səviyyədən aşağı olduğunu müəyyən etdilər.
Alimlər xəstələrin qida rasionunu da araşdırıb və müəyyən ediblər ki, müntəzəm olaraq paxlalı bitkilər (noxud, mərcimək, lobya və s.) yeyənlərin, həmçinin günəbaxan yağı istifadə edənlərin qanında Omeqa-3 səviyyəsi fərqli şəkildə yeyənlərə nisbətən daha yüksəkdir.
Paxlalılar, qoz-fındıq, toxum və yabanı dəniz balığı yağında olan omeqa-3 yağ turşularının iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu, həmçinin sızanaqları təhrik edən IGF-1 hormonunun istehsalını azaltdığı sübut olunub.
Beləliklə, Omeqa-3-ün çox aşağı konsentrasiyası olan tədqiqat iştirakçılarında IGF-1 səviyyəsi əhəmiyyətli dərəcədə artmışdır.
Sızanaqlarda Omeqa-3 rolunu təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac olsa da, elm adamları bu yağ turşularının qan səviyyələrini artıran müvafiq pəhriz dəyişikliklərinin standart müalicələri yaxşı tamamlaya biləcəyinə inanırlar.
Aynurə Məmmədova