ürəkdə pozulmalar mütləq insanın zahirində özünü göstərir. Bəs bu əlamətlər hansılardır?
Medicina.az xəbər verir ki, əgər xəstə və ailə üzvləri vaxtında bu müayinələrdən keçmirsə, o zaman bu əlamətlərə diqqət edin
1. Göz içində boz və ağımtıl halqalar
Bu arka lipidlərin orqanizmdə yığılması və xolesterin çoxluğundan əmələ gəlir. Əgər 30-40 yaşlı insanda bu halqalar varsa, deməli, onda xolesterin, triqliseridlər çoxdur, bu isə ürək-damar problemlərinin başlamasına işarədir. Hətta savadlı göz həkimi və kardioloq göz bəbəklərinə baxmaqla aterosklerozu da görə bilər.
2. Göz qapağı üstündə, künclərdə piy törəmələri – ksantelazmalar
Buna bəzən ət xallar deyirlər. Çox zaman yuxarı göz qapağında, göz dibinə yaxın yerləşir. Bərk və ya yumşaq ola bilər. Bunlar təkcə kosmetik qüsur yox, həm də ürəklə bağlı ciddi siqnal, lipoprotein və xolesterinin artması deməkdir.
Araşdırmalar göstərib ki, gözünün üzərində belə piy topacıqları olanlar 17% daha çox ürək-damar xəstəliyinə tutulur.
Piy topaları ateroskleroz, yüksək təzyiq, insult, iri damarların tutulması, şəkərli diabetdə də xəstənin gözündə çıxa bilər.
3. Belin diametri
Enli, piyli bel ürək-damar problemlərinə 2 dəfə artıq yaxınlaşmalıdır. Normalda qadınların beli 80-85, kişilərdə isə 94-96 olmalıdır. Bundan yuxarı göstərici xəstəlikdir. Piylənmə, diabet və yüksək təzyiq, buna bağlı olaraq ürək, qan-damar.
Bu adamlarda damarlar tez tutulur, tromb əmələ gəlir.
4. Qulaqda kəsmə xətt
Buna Frenk simptomu deyilir, qulağın sırğalığında dərin qırış kimi qat əmələ gəlir. Elmi tədqiqatlar göstərib ki, bu əlamət ürəyin işemik xəstəliyi ilə bağlıdır. Çünki işemik xəstələrin yarısının qulağında belə qat, xətt olub. Eləcə də bu qırış infarkt xəstələrində olub. Amma alimlər deyir ki, 60 yaşdan sonra yaşlılarda qulaqda bu qırış yaşa bağlı ola bilər.
5. Alında qırışlar
Avropa kardioloqları müşahidə edib ki, dərin, horizontal qırışlar, xüsusən gənclərdə ürək –damar xəstəliklərindən xəbər verə bilər.
Aygün Musayeva