Üzün həddən artıq yağlanması səbəbindən dərinin parlaması normal hal deyil. Belə görünüş hər hansı bir xəstəlikdən xəbər verə bilər.
Üzdəki yağlı parıltı hormonlar və mədə-bağırsaq traktının problemlərindən qaynaqlana bilər.
“Medicina” xəbər verir ki, dermatoloq-kosmetoloq Nana Nosarevanın sözlərinə görə, üzdəki yağlı parıltı dəri sebum istehsalının artması ilə əlaqədardır. Bəzən isə bunun arxasında xəstəliklər gizlənir.
“Belə dərilərdə intensiv şəkildə sebum istehsal edən hüceyrələr var. Bu halda üzdəki parıltı anomaliya deyil. Buna dözmək istəməyənlər məqbul kosmetik yollar və vasitələr axtarmalıdır.
Normal və ya quru dərisi olanlarda yağlı parıltı bədəndəki pozğunluqlardan qaynaqlana bilər.
Normal və ya quru dəri tipinin sahibisinizsə, üzünüzdə səpkilər varsa, bu artıq müayinəyə ehtiyac olunmağınızdan xəbər verir.
Üzdəki yağlı parıltının artması stress, balanssız qidalanma, fiziki yüklənmə, mədə-bağırsaq traktının problemləri və hormonlar səbəb ola bilər. Sebum istehsalının artması hormonal dəyişikliklərin əlaməti hesab edilir”.
Günay Quluzadə