Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uzun uçuş 82 yaşlı Pelosinin səhhətinə təsir edib - Həkimi

  • 2022.08.04 15:36
  • 2560 Baxış
Uzun uçuş 82 yaşlı Pelosinin səhhətinə təsir edib   - Həkimi


ABŞ Nümayəndələr Palatasının 82 yaşlı spikeri Nensi Pelosinin Tayvan hava limanında axsaması jurnalistlərin diqqətindən yayınmayıb.

Mediicina.az xəbər verir ki, travmatoloq-ortoped Nikolay Qnelikanın fikrincə, belə titrək yerişin səbəbi oynaqların artrozu ola bilər. Bu barədə o, “Zvezda” telekanalına məlumat verib.

“Pelosinin yeriməkdə çətinlik problemləri var. Onlar əzələ-skelet sistemi ilə bağlı problemlər ola bilər. Hər halda onun 82 yaşında olduğunu nəzərə almaq lazımdır. Ona görə də yeriyəndə yırğalanır. Bu, nevroloji deyil, dayaq-hərəkət sistemi ilə bağlıdır. Pelosi axsayır. Yəqin ağır uçuş onun səhətinə mənfi təsir edib. Məhz bu səbəbdən o, “ördək kimi yeriyir”, - həkim vurğulayıb.

Sonda həkim ağır uçuşların bütün yaşlı insanlara mənfi təsir etdiyini qeyd edib və xanım Pelosiyə evdə dincəlməyi təklif edib. /publika.az/