Gündə sadəcə, 10 -15 dəqiqə gəzməklə siz sağlamlığınıza xeyir verə bilərsiz.
“Medicina” xəbər verir ki, gün ərzində vaxtaşırı bir neçə dəqiqə gəzmək orqanizmə müalicəvi təsir göstərə bilər.
Kolumbiya Universiteti alimləri bir daha cəmiyyətin diqqətini sağlamlığı yaxşılaşdırmağın sadə və pulsuz üsuluna - yeriməyə cəlb ediblər. ScienceDaily xəbər verir ki, tədqiqatçılar gün ərzində hətta dəqiqəlik gəzintilərin qan şəkərinin səviyyəsinə və qan təzyiqinə müsbət təsir göstərdiyini aşkar ediblər.
Mütəxəssislər qeyd edir ki, hərəkətsizlik böyük tendesiyaya çevrilib. Buna səbəb keçmiş covid pandemiyası olub.
Alimlərin sözlərinə görə, insan günün çox hissəsini oturaq vəziyyətdə keçirirsə, idman səmərəsizdir. Onlar müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı təklif edirlər. Hətta qısa müddətdə olsa belə orqanizmə müsbət təsir göstərəcək.
Əgər iş günü ərzində hər yarım saatdan bir beş dəqiqəlik gəzintiyə çıxırsınızsa, bu növ fəaliyyət qan şəkərini və qan təzyiqini aşağı salmağa kömək edir, həmçinin əhval-ruhiyyənin yaxşılaşmasına və yorğunluq hisslərinin azalmasına səbəb olur.
Həmçinin qeyd olundu ki, yeriməyin bəzi faydalı təsiri insan bir dəqiqə gəzsə belə hiss olunur - ancaq bunu hər yarım saatdan və ya saatdan bir edir.
Aynurə Məmmədova