Cinsi münasibət həyatın vacib hissəsidir.
Araşdırmalar nəticəsində məlum olub ki, uzun müddət cinsi əlaqədə olmamaq yuxusuzluqdan tutmuş, bir çox sağlamlıq problemlərinə səbəb olur. Cəmiyyətdə tez-tez yaşanan gərginliyin səbəbləri arasında cinsi əlaqə problemləri də ola bilər.
Bakupost.az həmin araşdırmanı təqdim edir:
Mütəxəssislər bildiriblər ki, fiziki təmas olmadan keçən aylarda narahatlıq, depressiya və yuxu kimi problemlər artır. Həmçinin, fiziki yaxınlığın olmaması tənhalığa, tək qalmağa gətirib çıxarır.
Psixoloq Raşel Nidlin (Rachel Needle) fikrincə, cinsi əlaqə insanların fiziki və psixi sağlamlığı üçün müsbət rol oynayır. Bu daha yaxşı yatmağınıza, ağrıları, stressi, narahatlıq və depressiyanı azaltmağa və s. kömək edir.
Azərbaycanlıların və gənc ailələrin faciələrinin başlıca səbəbi elə həmin çatışmazlıq və kobud tez-bazar razılaşmaların acı nəticələridir. Oğlanlar üçün nikah ən tezi 21 yaşdan, qızlar üçün 19 yaşdan başlanmalıdır! Yalnız bir nikah ola bilər! Digər hallar valideynlərin də məsul ortaq sayıldığı cinayət əlaqələri sayılmalıdır!? Milli Məclisimizə və deputatlarımıza belə qətiyyətli qanun-qayda qəbul erməyi təklif edirəm.