Yarpaq dolması bişirəndə istifadə etdiyimiz üzüm yarpağı ləzzətli olmaqla yanaşı, həm də faydalıdır.
Medicina.az axar.az-a istinadən xəbər verir ki, üzüm yarpağı tərkibində C, A, E, B6 vitaminləri və dəmir, lif, mangan, mis, kalsium, magnezium kimi bir çox minerallar ehtiva edir. Üzüm yarpağını dəmləyib içmək varikozu (damar genişlənməsi) və ayaq damarlarında durğunluğu aradan qaldırır.
Altsheymer xəstəliyinə qarşı qoruyucudur. Alimlərin iddialarına görə, üzüm yarpağının tərkibindəki komponentlər yaddaş zəifləməsinə səbəb olan beyində “beto amiloid” düyünlərinin yığılmasının qarşısını alır.
Yüksək A vitamini sayəsində göz sağlamlığında mühüm rol oynayır və görmənin keyfiyyətini yaxşılaşdırır. Sink sayəsində isə dərini gözəlləşdirir, yaşlanmanı gecikdirir. Üzüm yarpağından hazırlanan bir pors yeməkdə 124 mikroqram A vitamini vardır ki, bu da gündəlik A vitamini ehtiyacımızın 10 faizini qarşılayır.
Tərkibindəki antimikrobiyal maddələr ağız xoralarının tez sağalmasına kömək edir. Həmçinin ağız qoxusunun və diş çürüməsinin qarşısını alır. Bu xüsusiyyətlərindən faydalamaq üçün bir neçə üzüm yarpağını 5-10 dəqiqə qaynatdıqdan sonra soyumasını gözləyin və ilıq halda ağzınızı çalxalayın.
Dəmir mineralı baxımından zəngin olan üzüm yarpağı anamiya (qan azlığı) müalicəsində böyük faydaları var. Qırmızı qan hüceyrələrində hemoqlabinin yaranmasında mühüm rola sahibdir.
İmmunitet sistemini gücləndirir və infeksiyalardan qoruyur. Tərkibindəki Yüksək liflər sayəsində həzm sıstemini yaxşılaşdırır, bədəni zərərli maddələrdən təmizləyir, qəbizlik problemini aradan qaldırır və bunun sayəsində artıq çəki ilə mübarizəni də asanlaşdırır. Bunun üçün 4-5 üzüm yarpağını 10-15 dəqiqə qaynadıb yeməkdən sonra içmək lazımdır.
Üzüm yarpağını qaynadıb 1 ay müddətində içmək həm də alkoqol qəbulunu kəsir. Bu üsul alkoqoldan zərər görmüş bədəni təmizləyir, alkoqol zəhərlənmələrinin qarşısını alır.
Üzüm yarpağı Azərbaycan mətbəxində əsasən duzlu formada istifadə olunur. Duzun zərərlərindən qorunmaq üçün istifadədən əvvəl suda saxlamaq mütləqdir. Yüksək təzyiqi olan böyrək xəstələri və müalicə müddətində sodium istifadəsi qadağan olunan xəstələr duzlu yarpaqdan uzaq dursalar, yaxşı ola