Britaniya alimləri üzümlə bağlı son elmi araşdırmanın nəticəsini ortaya qoyub.
Bakupost.az xəbər verir ki, Yeni İngiltərə universitetinin alimləri üzümün ömrün uzunluğuna təsirini araşdırıb.
Elmi işin birinci mərhələsində müəlliflər qeyd edib ki, gündə 2 fincan üzüm yemək qaraciyərin yağlanma dərəcəsini azaldır və bununla da ömrü uzadır.
Eləcə də sübut olunub ki, bu meyvə genetikaya təsir edir.
Üzümdə olan maddələr antioksidantların miqdarını yüksəldir, bu da biioloji yaşı 4-5 il azaldır.
Digər elmi işdə alimlər bildirir ki, üzüm yemək baş beyində genlərə təsir edir, koqnitiv xüsusiyyətlərə müsbət təsirt edir.
Bu nəticələrə siçanlar üzərində eksperimentlər nəticəsində gəlinib.
Mütəxəssislər qeyd edib ki, bundan sonra elmi araşdırma insanlar üzərində aparılmalıdır.
ÜST mütəxəssisləri də üzümü superqida siyahısına salıb.
Azərbaycanda hazırda üzüm mövsümüdür.