Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Üzüm bir anda şişdi, elə bildim ölmüşəm" - Qəzaya düşən aparıcı

  • 2021.07.07 13:36
  • 1434 Baxış
"Üzüm bir anda şişdi, elə bildim ölmüşəm" -  Qəzaya düşən aparıcı
Aparıcı Zümrüd Bədəlova ötən gün keçirdiyi avtomobil qəzasından danışıb.

Medicina.az xəbər verir ki, göz yaşlarını saxlaya bilməyən Zümrüd gözə gəldiyini bildirib:

"Hamı bildi-bilmədi hər şey danışır. Elə bildim ki, ölmüşəm, əl-ayağım tərpənmir. Üzü bir anın içində şişdi. Özümə baxası halda da deyildim.

Bilirdim ki, o yerdə avtomobil saxlamaq olmaz. Amma toya gedirdim, dar geyinmişdim. Özümü pis hiss etdim. Anamın duası məni qorudu (ağlayır).

Kimsə bir dənə üzügülən foto paylaşırsa, o demək deyil xoşbəxtdir. Allah məni balama bağışladı". /axsam.az/