Suriyadakı vətəndaş müharibəsi zamanı evlərinə düşən bomba nəticəsində bədəninin böyük bir hissəsi yanan Evin adlı qıza öz dərisindən yeni üz hazırlanacaq.
Medicina.Az xarici mətbuata istinadən xəbər verir ki, müharibə səbəbindən 9 yaşlı qız və ailəsi Türkiyəyə sığınıb. Burada müayinə olan qıza həkimlər yardım edəcəklərini vəd ediblər.
Plastik cərrahlar onun üz əməliyyatı üçün uyğun olmadığını bildirib. Həkimləri bildirib ki, ilk dəfə gələrkən qızın üzü tamamən deformasiya olmuş vəziyyətdə olub.
Onların ilk hədəfi göz qapaqlarını , burunu və ağızı bir az daha yaxşı vəziyyətə gətirmək olub. Belə ki, 5 fərqli əməliyyat keçirən qızın əvvəlcə nəfəsalma problemi aradan qaldırılıb.
Əməliyyatla onun burun dəlikləri açılıb, daha sonra isə ağzının kənarlarındakı darlıq genişləndirilib və göz qapaqları düzəldilib.
Cərrah bildirib ki, Evi üçün başqa bir şəxsdən üz transplantasiyası etmək mümkün deyil. Çünki qızın öz dəri toxumalarından istifadə etmək mümkündür. Hazırda bunun üçün onlar qızı müxtəlif analizlərdən keçirərək prosesin mümkünlüyünü test edir. Yaxın zamanda isə əməliyyat baş tutacaq.