İslam dinində belə bir inanc, peyğəmbərdən bir hədir var ki, üzü üstə yatmaq olmaz, bu şeytanın yatışıdır.
O dövrün insanları üçün bu çəkindirici metod idi. Əslində həqiqətən də üzü üstə yatmaq tibdə də yolverilməzdir.
Medicina.az üzü üstə, qarın üstə yatmağın orqanizmə 5 zərərini təqdim edir:
1.Seksual pozğunluqlar yaradır – həm qadınlarda, həm kişilərdə cinsi orqanlar, uşaqlıq üçün ən narahat pozadır. Həmin orqanlara təzyiq olur və qan dövranı pozulur
2.Sidik kisəsi sıxılır, böyrəklərlə əlaqə pozulur və kisədə deformasiya, çöküntü olur. Böyrəklər gecə siz yuxuda da işlədiyi üçün bu poza onlara uyğun deyil.
3.Süd vəzilərinin dərisini dartır, vəziləri boşaldır. Qarnı üstə yatmaq vəziləsi sıxır, onları qırışlandırır, dekolte hissəni qocaldır və süd vəzi bağlarını boşaldır. Qadınlar üçün bu poza ümumiyyətlə yolverilməzdir
4.Onurğa, bel, kürək, qamət problemləri olan, skoliozu olanlar üzü üstə yatmamalıdır
5.Üz dərisini qıcaldır, sallaqlıq yaradır.
Bir çox həkimlər köp, qarında kolik, qazlar olanda qarnı üstə yatmağı tövsiyyə edir. Əbəs yerə deyil ki, sancısı olan körpəni qarnı üstə qoyurlar. Bu spazmı götürür. Amma bu zaman siz sadəcə uzanmalısız, yuxuya getmək nəzərdə tutulmur.