Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uzman travmatoloq-ortoped cərrah Dr. Vüsal Mahmudov: Artrozun kök hüceyrə ilə müalicəsi

  • 2020.12.14 16:14
  • 4248 Baxış
Uzman travmatoloq-ortoped cərrah Dr. Vüsal Mahmudov: Artrozun kök hüceyrə ilə müalicəsi

Artoz nədir?

Artroz mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edən oynaqların xroniki, proqressivləşən degenerativ-distrofik dəyişikliyidir. Artroz tədricən inkişaf edir. Başlanğıcda pasientləri zəif, qısa müddətli, naməlum lokalizasiyalı, fiziki yüklənmə zamanı güclənən ağrılar narahat edir. Bəzi klinik hallarda ilk simptom hərəkət zamanı, daha çox qonartrozlarda və çiyin oynağının artozlarında oynaqda küylər olur. Artrozdan əziyyət çəkən bir çox xəstələr oynaqda diskomfort, saktilikdən sonra ilk hərəkət zamanı keçici sərtlik qeyd edirlər. Zaman keçdikcə ağrılar daha da artır, hərəkətin nəzərə çarpan məhdudluğu meydana çıxır. Artıq yüklənmə səbəbindən əks tərəfin oynağı ağrımağa başlayır.

Artrozun simptomları

Ağrılar artrozun daimi simptomudur. Artrozlar zamanı ağrıların ən nəzərə çarpan cəhəti onların fiziki yüklənmə və hava ilə əlaqəsi, start ağrılar və oynaqların blokadası ilə müşayiət olunan qəfləti kəskin ağrılardır. Patologiya zamanı ağrıların ritmi oynaqların yüklənməsi ilə birbaşa əlaqəlidir. Uzunmüddətli yüklənmə (yerimə, qaçma və yerində durma) zamanı ağrılar artır, sakitlik vəziyyətində isə sönür. Bu, qığırdağın hərəkət zamanı amortizasiyanı təmin etmə qabiliyyətinin zəifləməsi ilə əlaqədardır. Artroz zamanı gecə ağrılarının səbəbi venoz durğunluq, həmçinin oynaqdaxili qan təzyiqinin yüksəlməsidir. Ağrılar əlverişsiz hava şəraitinin (rütubətin yüksəlməsi, temperaturun azalması və yüksək atmosfer təzyiqi) təsirindən güclənir.

Risk faktorları

Artroz üçün ən vacib risk faktoru yaşdır. 65 yaşdan yuxarı insanların üçdə birində rentgen görüntüləri ilə aşkarlanan artroz əlamətləri olur. Piylənmə ən vacib amillərdən biridir. Yaşından asılı olmayaraq, kök insanlarda artroz riski kişilərdə iki dəfə, qadınlarda 3 dəfə artır. Bundan başqa futbolçular, tennisçilər, uzun məsafəli qaçışçılar, diz oynaqlarında heç bir zədə və ya əməliyyat görməsələr də, artroz riski altındadırlar. Bunun səbəbinin həddindən artıq istifadə edilməsi olduğu düşünülür. Bu risk faktorlarından əlavə oynaq qığırdağına zərər verə biləcək bütün xəstəliklər və yaralanmalar artroza səbəb ola bilər. Artroz oynaqda meydana gələn qırıqlar, müalicə edilməmiş menisk və bağ zədələnmələri, mikroblu və mikrobsuz infeksiyalar və hemofiliyada təkrarlanan intraartikulyar qanaxma kimi bir çox səbəbdən əməmlə gələ bilər.

Artrozun müalicəsində kök hüceyrə tətbiqi

Qığırdaq xüsusi quruluşa malik olduğu üçün qığırdaq hüceyrəsi öldükdə özünü yeniləyə və ya sağalda bilməz. Buna görə oynaqlardakı bu zədələnməni dayandırmaq və irəliləməsinin qarşısını almaq lazımdır.

Kök hüceyrə müalicəsi erkən qığırdaq zədələnməsi, ağrılı oynaqları olan, lakin əməliyyat üçün erkən olan və ya əməliyyat olunmaq istəməyən xəstələrdə qığırdaq zədələnməsinin inkişafını azaltmaq üçün istifadə edilən bir üsuldur.

Kök hüceyrə nədir və tətbiqi prosesi necə həyata keçirilir?

Kök hüceyrələr bədənin bütün hüceyrələrinə çevrilmə potensialına sahib olan əsas hüceyrələrdir. Sümük iliyi və ya yağ toxumasından hazırlanan kök hüceyrələr hüceyrələrin bərpa olunmasının gözlənildiyi oynaqdakı zədələnmiş hissəyə inyeksiya edilir. Diz qığırdaqlarının zədələnməsi halında kök hüceyrələrin dizin içiə yayılmadan yalnız zədələnmiş hissəyə təsir etməsi üçün kollagen və ya hialuron turşusu əsaslı daşıyıcılarla hədəfə istiqamətli təsir göstərməsi təmin edilir. Kök hüceyrə insanın öz hüceyrələri olduğundan müalicə toxumanın özünü bərpa edib yeniləməsi məqsədi daşıyır.

Kök hüceyrələr necə əldə edilir?

Kök hüceyrələr yağ toxumasından və sümük iliyindən əldə edilir. Hüceyrələrin çıxarılması prosesi xəstənin ağrı hiss etməməsi üçün yüngül sedasiya və lokal anesteziya altında aparılır. Alınan yağ toxumasındakı kök hüceyrələr steril şəraitdə süzülür və ayrılır. Təxminən 20-30 dəqiqə çəkən kök hüceyrə hazırlama prosesindən sonra əldə edilən təmiz kök hüceyrələr xəstəyə tətbiq olunmağa hazır olur.



Kök hüceyrə müalicəsinin müvəffəqiyyətinə təsir edən amillər nələrdir?

Müalicənin müvəffəqiyyətini artıran əsas amil xəstənin düzgün seçilməsi və kök hüceyrələrin düzgün əkildə əldə edilməsidir.

Üstünlükləri nələrdir?

• Oynaqlardakı ağrıları aradan qaldırır;

• Protez əməliyyatına qədərki müddəti uzadır;

• Həyat keyfiyyətini artırır;

• Oynaqların ağrısız hərəkətini təmin edir;

• Yeniləyici rolu oynayır.