“UZİ” olunandan sonra kağızı evə aparıb atırlar, şiş 1 ilə metastaz verir – Həkim radioloq

  • 2024.08.06 18:43
  • 2316 Baxış
 “UZİ” olunandan sonra kağızı evə aparıb atırlar, şiş 1 ilə metastaz verir  – Həkim radioloq
Bəzən xəstələr USM-dən keçir, rəydə şübhələndiyimiz məqamları qeyd etsək də, xəstə ciddi yanaşmır, 6 aydan bir dinamikaya gəlməlidir, xəstə gedir, 3-4 il keçir, artıq gecikmiş mərhələdə gəlir. Şiş yayılır, limfalara metastaz vermiş halda olur, bu da əlbəttə ki, biz həkimləri üzür.


"Medicina" xəbər verir ki, BTV-də Həkim Post verilişində radioloq Nazir Allahverdiyev xəstələrə xəbərdar edib.

"İstənilən şəxs özündə hər hansı narahatlıq, şübhə hsis edərsə, birbaşa həkim radioloqlara müraciət edə bilər. USM və ya rentgen, MRT keçməkdə zərər yoxdur. Zatən biz bir şübhəli nəsə görsək, uyğun həkimə yönəldirik.


USM rəyində radioloq gördüyü bütün dəyişiklikləri qeyd edir və bunu həkim üçün edir. Xəstə isə kağızı aparıb evə qoyur, məsləhətə ciddi yanaşmır, heç nə olmaz deyir,ş 1-2 il keçəndən sonra, artıq kiçik şiş böyüyüb metastaz verdikdən sonra gəlir. O zaman artıq gec olur.

Həkimə getməkdən çəkinməyin, əgər radioloq sizə bu düyünü 6 aydan bir yoxlamaq lazımdır deyirsə buna əməl edin".



Aygün Musayeva
Medicina.az